"Məğlubiyyətin əsas səbəbi transfer bazarında fəal olmamaqdı"

3 Avqust 2019 17:24 Avropa Liqası 729
"Məğlubiyyətin əsas səbəbi transfer bazarında fəal olmamaqdı"

Rusiya futbolunun tanınmış simalarından olan Valeri Qazzayev Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"ın "Neftçi" ilə oyunları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis "Arsenal"ın çıxışını məyusedici adlandırıb:

"Bu komandanın çıxışı çox məyusedici oldu. Fikrimcə, "Arsenal"ın məğlubiyyətinin əsas səbəbi komandanın transfer bazarında fəal olmamasıdı.

Təəssüf ki, son illərdə Avropada oxşar nəticələr normaya çevrilir. "Arsenal"ın uduzması, beynəlxalq səviyyədə rəqabətə davamlı olmayan futbolumuzun vəziyyətini müəyyən dərəcədə əks etdirir".

"Neftçi" "Arsenal" səfər görüşündə 1:0, öz meydanında isə 3:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti