"Neftçi" "Arsenal"ı səviyyədə üstələdi - O, sehrbaz deyil ki..."

3 Avqust 2019 11:48 Avropa Liqası 753
"Neftçi" "Arsenal"ı səviyyədə üstələdi - O, sehrbaz deyil ki..."

"Son nəticələrin fonunda "Arsenal" üçün gələcəyin qorxulu olacağını düşünmürəm.

Komandanın potensialı var, uğursuzluğun davam edəcəyinə inanmıram".

Sportinfo.az xəbər verir ki, bunu Tula "Arsenal"ının sabiq baş məşqçisi Sergey Kiryakov deyib.

49 yaşlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində Rusiya klubunun "Neftçi"yə məğlubiyyətini (0:1, 0:3) dəyərləndirib.

Kiryakov "Neftçi"nin daha güclü komanda olduğunu söyləyib: "Nəticə xoşagəlməz və gözlənilməzdi.

"Arsenal"ın bu heyətlə növbəti mərhələyə adlayacağını düşünürdüm. "Neftçi"nin futbolçuları tulalıları səviyyədə üstələdilər.

Amma bu da faktdı ki, Azərbaycan komandasının eyni heyətlə çıxış etməsi onların xeyrinə oldu. "Arsenal"ın baş məşqçisi vəziyyətin girovudu.

O, sehrbaz deyil ki, komandanı qısa müddətdə hazırlaya bilsin. Komandanı bir neçə ön xətt oyunçusu tərk edib. Məncə, gələnlər ayrılanlardan aşağı səviyyəli futbolçulardı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti