Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ını üç cavabsız qolla məğlub edib.
Sportinfo.az xəbər verir ki, Tula təmsilçisini səfərdə 1:0, Moldova “Speranta”sını bundan əvvəlki raundda 3:0 və 6:0 hesabı ilə üstələyən bakılılar uğurlu seriyalarını davam etdirməyi bacarıblar.
Bununla da Azərbaycanın ən titullu klubu özünün və ölkə futbolunun tarixinə bəzi rekordlar yaza bilib. Görüş təkcə rekordlar deyil, həm də yubileylərlə əlamətdar olub.
200-cü qol. Azərbaycan klubları Avropa Liqasında 200-cü qolunu vurub. Bu qolun müəllifi Dario Frederiko olub.
Turnirin yeni format və adla keçirildiyi 2009-cu ildən indiyədək 182 matç keçirən təmsilçilərimiz ümumilikdə 201 dəfə fərqlənib.

