"Onlara azərbaycanlı deyə bilmirəm, çünki..."

2 Avqust 2019 20:36 Avropa Liqası 1 202
"Onlara azərbaycanlı deyə bilmirəm, çünki..."

"Açığı, oyundan əvvəl "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm".

Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın futbol veteranı Aleksandr Mostovoy deyib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan Tula "Arsenal"ı hər iki matçda məğlub olaraq (0:1, 0:3) mübarizəni dayandırıb.

Yerli mətbuata açıqlamasında həmyerlilərinin çıxışını dəyərləndirən Mostovoy "Neftçi"nin "Arsenal"dan güclü olduğunu etiraf edib:

"Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdi.

Onlara azərbaycanlı deyə bilmirəm, çünki orda çox əcnəbi futbolçu var. Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti