“Qarabağ”la “Neftçi”nin səbətləri və potensial rəqibləri

2 Avqust 2019 15:36 Avropa Liqası 937
“Qarabağ”la “Neftçi”nin səbətləri və potensial rəqibləri

Avqustun 5-də Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, III raunda hələ start verilmədiyindən, komandalar püşkatmaya cütlük olaraq qatılacaq.

Püşk iki hissəyə bölünəcək. Əsas yolda mübarizə aparan "Neftçi" "Bney Yehuda" səddini keçəcəyi təqdirdə, pley-offda səpələnməmişlər sırasında yer alacaq.

Təmsilçimiz səpələnmişlərdə qərarlaşan 13 nisbətən güclü cütlüklərdən (“Pünik” - “Vulverhempton” istisna) birinin potensial rəqibi olacaq.

Mümkün rəqiblər arasında PSV, “Trabzonspor”, “Ayntraxt”, "Feyenoord" və "Espanyol" kimi klubların qərarlaşdığı cütlüklər də var.

Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə qarşılaşan "Qarabağ"ın da Avropa Liqasındakı potensial rəqibləri püşkatmada müəyyənləşəcək.

Azərbaycan çempionu Kipr klubuna məğlub olaraq ÇL-lə vidalaşsa, Çempionlar yolunda olacaq. APOEL - "Qarabağ" cütlüyü püşk zamanı güclülərin səbərində qərarlaşacaq.

Ümumiyyətlə, ÇL-in III mərhələsinin 6 cütü AL-in Çempionlar yoluna "düşəcək". Onların məğlubları Avropa Liqasına yuvarlanacaq.

Avropa Liqasının Çempionlar yolundakı 10 cütdə isə qaliblər mübarizəni davam etdirəcək. "Qarabağ"la APOEL-in təşkil etdiyi cütün məğlubu Avropa Liqasına daha öncədən keçən çempionlardan biri ilə qarşılaşacaq.

Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Avropa Liqası / Pley-off mərhələsi / Çempionlar yolu

Səpələnmişlər

ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya) cütünün məğlubu

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün məğlubu

”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan) cütünün məğlubu

“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu

“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün məğlubu

Səpələnməmişlər

"Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi

“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva) cütünün qalibi

"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan) cütünün qalibi

"Riqa" (Latviya) - HİK (Finlandiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels) cütünün qalibi

“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus) cütünün qalibi

"Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya) cütünün qalibi

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta) cütünün qalibi

"Şerif" (Moldova) - AIK (İsveç) cütünün qalibi

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) cütünün qalibi

Əsas yol

Səpələnmişlər

“Hoqesun” (Norveç) - PSV (Hollandiya) cütünün qalibi

“Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə) cütünün qalibi

“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya) cütünün qalibi

"Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya) cütünün qalibi

AEK (Kipr) - “Gent” (Belçika) cütünün qalibi

“Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Almaniya) cütünün qalibi

"Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi

“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan) cütünün qalibi

“Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya) cütünün qalibi

“Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

“Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə) cütünün qalibi

“Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə) cütünün qalibi

Səpələnməmişlər

“Norçepinq” (İsveç) - “Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi

“Torino” (İtaliya) - “Şaxtyor” (Belarus) cütünün qalibi

“Austriya” (Avstriya) – “Apollon” (Kipr) cütünün qalibi

“Mölde” (Norveç) - “Aris” (Yunanıstan) cütünün qalibi

“Lokomotiv” (Bolqarıstan) - “Strasburq” (Fransa) cütünün qalibi

“Tyun” (İsveçrə) - “Spartak” (Rusiya) cütünün qalibi

“Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya) cütünün qalibi

“Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya) cütünün qalibi

“Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi

“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi

MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya) - “Zarya” (Ukrayna) cütünün qalibi

“Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail) cütünün qalibi

"Universitatya Krayova” (Rumıniya) - AEK (Yunanıstan) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti