"Neftçi"dən atmaca: "Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiz"

2 Avqust 2019 18:48 Avropa Liqası 1 057
"Neftçi"dən atmaca: "Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiz"

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” komandasına təsəlli verib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıdakı cavab matçında 3:0 hesablı qələbədən sonra rəmsi “Twitter” hesabında bu cür yazıb:

“Özünü əzilmiş hiss etmə, Tula “Arsenal”ı. Bu il Bakıda uduzan yeganə “Arsenal” siz deyilsiniz. Düzdür, London “Arsenal”ı? Uğurlu yol və rahat eniş, dostlar”.

Bakılılar bu statusla London klubunun may ayındakı finalda "Çelsi”yə uduzmasını nəzərdə tuturlar.

“Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl-Əvivdə olacaq.

Neftçi PFK@PFC_Neftchi

Well, don't you feel down, @pfc_arsenal. You're not the only Arsenal who has lost in Baku this year. Right, @Arsenal?

Удачной дороги и мягкой посадки, друзья.

78

00:47 - 2 авг. 2019 г.

22 человек(а) говорят об этом

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti