“Qəbələ” 2019/20 mövsümündə ilk səfər oyununu keçirib.
“Qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Gürcüstan “Dinamo”su ilə qarşılaşıb.
Sənan Qurbanov Tbilisidəki qarşılaşmanın start heyətində ilk oyunla müqayisədə iki dəyişiklik edib. Asif Məmmədovla Kristian Kouakou ilk “11-lik”də Ülvi İsgəndərov və Yusif Nəbiyevi əvəzləyib.
Meydan sahibləri matça daha fəal başlayıblar. Oyunun əvvəlində bir neçə təhlükəli hücum edən gürcüstanlıların hesabı açmasına Anar Nəzirovun inamlı çıxışı imkan verməyib.
Bir neçə dəfə qolkiper topu dəf edib. Hissənin ortalarında Merab Qiqaurinin başladığı hücumda “Qəbələ” fərqlənməyə yaxın olub.
Fasilə ərəfəsində İvitsa Juniçlə Rasim Ramaldanovun toqquşmasından sonra xorvatiyalı zədələnərək meydanı tərk edib. Onu Sadiq Quliyev əvəzləyib.
İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Daha çox hücum edən “Dinamo” hesabı açıb.
Buraxılan qoldan sonra “qırmızı-qaralar” ardıcıl bir neçə təhlükəli hücum təşkil etsə də, futbolçular dəqiq zərbə endirə bilməyiblər.
Matçın sonlarında gürcüstanlılar daha iki qol vuraraq 3:0 hesabı ilə qalib gəliblər. Beləliklə, ilk görüşdə 0:2 hesabı ilə uduzan “Qəbələ” Avropa Liqasında mübarizəni dayandırıb.
“Qəbələ”nin baş məşqçisi Zaur Həşimov: “Dinamo” zəif komanda deyil. Analiz zamanı da bunu görmüşdük.
Onlar oyunda da göstərdilər ki, layiqli komandaları var. Bugünkü heyətlə də “Dinamo”ya qarşı bərabər mübarizə apara bilərdik.
Amma müəyyən səbəblərdən tam hazır ola bilmədiyimiz üçün hər iki görüşdə məğlub olduq.
Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır”.
“Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” 3:0
Tbilisi. Boris Payçadze adına stadionu
Baş hakim: Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)
Sarı vərəqələr: Viktor Monxil, 28 // Qismət Alıyev, 46, Rasim Ramaldanov, 54
Qollar: Levan Şengeliya, 68, 88, Kvame Karikari, 90+3
Artırılan vaxt: I hissədə 5 dəq.; II hissədə 4 dəq.
İlk oyun – 2:0
“Dinamo”
1. Xose Perales
3. Viktor Monxil
5. Davit Kobouri
8. Georgi Kuxianidze
10. Levan Şengeliya (k)
15. Georgi Papava
16. Georgi Kimadze
19. Levan Kutalya
(9. Kvame Karikari, 78)
24. Nodar İaşvili
(2. Quca Ruxaia, 36)
32. Nika Ninua
38. Nodar Kavtaradze
(14. Arpanq Daffe, 69)
Ehtiyat oyunçular:
12. Sergey Litovçenko
4. Abdel Medioub
6. Bakar Kardava
11. Akaki Şulaya
Baş məşqçi: Feliks Visente Miranda
“Qəbələ”
1. Anar Nəzirov (k)
2. Amin Seydiyev
3. İvitsa Juniç
(4. Sadiq Quliyev, 40)
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
9. Davit Volkov
10. Klesio Bauk
11. Asif Məmmədov
13. Kristian Kouakou
(7. Roman Hüseynov, 81)
21. Fernan Lopez
(14. Ülvi İsgəndərov, 72)
77. Merab Qiqauri
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
6. Kamal Mirzəyev
19. Rövlan Muradov
74. Yusif Nəbiyev
Baş məşqçi: Zaur Həşimov

