Tanınmış rusiyalı jurnalist Vasili Utkin Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilən cavab görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, bloqqer yazısında həmyerlilərini qınayıb.
O, "Arsenal"ın mübarizə əzminin olmadığını söyləyib: "Arsenal" barədə danışarkən demək lazımdı ki, nəticə utancverici oldu.
"Neftçi"yə məğlubiyyətin qəbuledilməz olduğu üçün deyil. Sadəcə, meydanda döyüşmək istəməmək və bu qədər hazırlıqsız olmaq utandırıcıdı.
Ancaq bütün bunları sırf nəticəyə əsaslanaraq deyirəm. Çünki oyuna baxmadım və bundan da peşman deyiləm".
Tulada 1:0 hesabı ilə qalib gələn "Neftçi" Bakıdakı qarşılaşmada rəqib qapısından 3 cavabsız top keçirib.

