"Qəbələ"nin kiçik möcüzə etməyə gücü çatmadı - VİDEO

2 Avqust 2019 00:10 Avropa Liqası 637
"Qəbələ"nin kiçik möcüzə etməyə gücü çatmadı - VİDEO

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb.

Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb.

Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb. "Dinamo" 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti