Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" II təsnifat mərhələsinin cavab matçında "Arsenal"u 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
bakılıların kapitanı Emin Mahmudov qələbəni şərh edib.
“Əsas məqsədimiz “Arsenal”ı öz oyununu oynamağa qoymamaq idi. Əks-hücumlarda yaxalayıb qol vurmaq istəyirdik.
Məşqlərdə pressinq üzərində işləyirdik. Alındı və mərhələ adladıq”.
“Ağ-qaralar”ın kapitanı rəqib futbolçu Gia Qriqalavanın “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşamasına da münasibət bildirib:
“Onunla bir komandada oynamışam. Aqreassiv adamdır. Amma matçın sonunda danışdıq, hər şey qaydasındadır”.
“Heç vaxt Azərbaycan komandaları İsrail klubları üzərində qələbə qazanmayıb” sualına isə Mahmudov belə cavab verib: “Biz heç zaman Rusiya klubularını da məğlub etməmişdik”.

