“Qəbələ”nin futbolçusu komanda yoldaşını Tiflisdə xəstəxanalıq etdi

1 Avqust 2019 22:20 Avropa Liqası 734
“Qəbələ”nin futbolçusu komanda yoldaşını Tiflisdə xəstəxanalıq etdi

“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanda Tiflis “Dinamo”suna qarşı cavab qarşılaşmasında ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Rasim Ramaldanov komanda yoldaşı İvitsa Zuniçlə kəllə-kəlləyə toqquşub.

Nəticədə Zuniç meydanı xərəkdə tərk etməli olub. Daha sonra o, təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb.

Xorvatiyalı legioneri 40-cı dəqiqədə Sadiq Quliyev əvəzləyib. Həkimlərin ilkin rəyinə əsasən, Zuniçin almacıq sümüyü qırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti