Bordinin TƏRZ PROBLEMİ

1 Avqust 2019 17:12 Avropa Liqası 704
Bordinin TƏRZ PROBLEMİ

«Qarabağ»la «Neftçi»nin problemi eynidi.

Məşqçilərin taktiki standartlara baxışında dəyişiklik olmalıdı.

«Neftçi»nin Tulada bəxti onda gətirdi ki, Roberto Bordinin ikinci hissədə təlqin etdiyi tərzlə qapısından qol buraxmadı.

İtaliyalı mütəxəssis futbolçu heyəti ilə şəxsi düşüncələrinin uzlaşmasında böyük problemlər yaşayır. «A-qaralar»ın fəlsəfəsinə yenilik gətirmək yönündə Bordin tamamilə fərqli oyun planı qurmalıdı.

Digər tərəfdən onun ənənəvi kalçomaniya üslubu ilə «Neftçi»nin mövcud heyətinin oyun tərzi və səviyyəsi arasında kəskin fərqlər var.

Bu fərqlərin özülü fiziki hazırlıq və ümumi potensial göstəricilərdə, hətta bəzi hallarda qavramada axtarmaq lazımdı.

Bu mənada, bir az kobud müqayisə olsa da, Kannavronun karyerasının zirvəyə çatdıı vaxtlarda İspaniyada yaşadığı problemlərlə müqayisə etmək də olar.

Bəlkə də qarşılaşmanın mövsümün hazırlıq ovqatlı mərhələsinin ilk dövrlərinə təsadüf etməsi təsirin göstərir.

Digər yandan, böyük oyunların təcrübə qıtlığı da aşkar görünür. Elə bu səbəbdən hər dəfə komandanın transfer siyasətində bu məsələlərə diqqət etməsini xüsusi vurğulayırıq.

Ümumən, «Arsenal» deyil, başqa və daha iddialı bir klub olsaydı, yəqin ki, «ağ-qaralar»ın ikinci hissədə oyuna yanaşma tərzini rəqib bağışlamaz, böyük sevinci qəfil kədərə çevirərdi.

İndi ümid edək ki, «Neftçi»nin sükançısı ev oyununda ötənilki və ona xas ənənəvi səhvlərə yol verib, qarşılaşmanı sırf arxa plandan əks-hücuma doğru qurmayacaq. Elə səfərdə vurulan qola güvənməsi Bordini və komandanı faciəyə apara bilər.

Bir sözlə, «Neftçi»ni Bakıda daha fəal görməliyik. Yəni səfərdə rəqibin qapılarından keçirilən topun üstünlüyünə güvənmək olmaz. Çünki Bakıya daha həvəsli rəqiblər gələcək.

BATI YAR

«Arsenal» (Tula, Rusiya) – «Neftçi» 0:1 (0:0)
Hakimlər:
Enea Yorçyi - Ridiger Çokay, İlir Tartaray - Klaydi Kola (Albaniya).
Qol: D.Frederiku, 45+1.
Sarı vərəqə: Kombarov, 81, Tkaçov, 90+3//K.Mamadu, 24, Alıyev, 36, Mahmudov, 68, Buludov, 79.
«Arsenal»: Mixail Levaşov, Maksim Belyayev, Gia Qriqalava, Kirill Kombarov (kap.), Sergey Tkaçov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lisovoy, İqor Qorbatenko, Lamek Banda (Georgi Kostadinov, 46), Aleksandru Tudori (Yevgeni Lutsenko, 46). Baş məşqçi: İqor Çerevçenko.
«Neftçi»: Səlahət Ağayev, Ömər Buludov, Anton Krivotsyuk, Voyislav Stankoviç, Emin Mahmudov (kap.; Vangelis Platellas, 87), Dariu Frederiku (Namiq Ələsgərov, 72), Rauf Əliyev, Kirill Petrov, Stiven Jozef-Monroz, Mamadu Kane, Soni Mustivar. Baş məşqçi: Roberto Bordin.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti