“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Arsenal” ilə oyunöncəsi son məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Arsenal” oyunu saat 21:00-da başlanacaq.
Baş məşqçi Roberto Bordin: "Bizi ilk görüşdəkindən daha çətin oyun gözləyir. Rəqib də fərqli oyun göstərməyə çalışacaq.
"Arsenal” çox güclü komandadı. Bunu ilk oyunda da göstərdilər. Sonadək mübarizə aparıb, nəticəni dəyişməyə cəhd etdilər.
İlk dəqiqələrdən sonadək konsentrasiyamızı itirməməliyik. İngiltərə və Rusiya "Arsenal”ını müqayisə etməzdim. Hərəsinin öz özəlliyi var.
Mərhələ adladığımızı düşünmək olmaz. Tula təmsilçisi ciddi rəqibdi və Bakıya cütün taleyini həll etmək üçün gəlib.
Təbii ki, ilk oyundan sonra cüzi üstünlüyümüz var. Bundan əlavə, sabah doğma azarkeşlərimizin gözü önündə mübarizə aparacağıq.
İstədiyimiz nəticəni qazanmaq üçün sonadək vuruşmalıyıq. Deməzdim ki, biz və ya rəqib tərəfdən sürprizlər olacaq.
Məncə, rəqib ilk dəqiqələrdən hesabı xeyrinə dəyişməyə çalışacaq. Meydana çıxanda bir həftə əvvəlki nəticəni unutmalıyıq.
Baqali Dabo hələ tam hazır deyil, amma çox şadam ki, bərpa prosesini sürətlə keçir. Hazır olan kimi ondan faydalanacağıq.
Əlbəttə, beynəlxalq təcrübə çox vacibdi. "Arsenal”ın beynəlxalq təcrübəsi olmasa da, Rusiya Premyer Liqasında çıxış edir, zəif rəqib deyil.
Hazırda Rusiya çempionatının davam etməsi həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Oyun praktikası "Arsenal” üçün üstünlükdü.
Amma bunun bizim üçün də üstün tərəfi var. Çünki çempionat oyunu keçirmirik və bərpa üçün kifayət qədər vaxtımız olub.
Futbolçularıma inamım böyükdü. Məqsədimiz 1:0 hesabını qorumaq olmayacaq”.

