"Neftçi"dən - Yarısı satılıb

31 İyul 2019 12:24 Avropa Liqası 697
"Neftçi"dən - Yarısı satılıb

Sportinfo.az xəbər verir ki, “Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində “Arsenal" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı bəlli olub.

Klubun media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, matç üçün iki gün ərzində 6 min bilet satılıb.

Azarkeşlər 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”in, “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə edə bilər.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyir. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq. Arena 11 min azarkeş tutumuna malikdir.

Avqustun 1-də “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq. “Neftçi” Rusiyada baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti