“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal”la ev oyununun hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Avqustun 1-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Arsenal” görüşü saat 21:00-da başlanacaq.
Oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü.
Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

