Ötən həftə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirildi.
Sportinfo.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” Rusiyada “Arsenal” ilə qarşılaşıb.
Görüş "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Roberto Bordinin komandası Dario Federikonun birinci hissədə vurduğu qolla istəyinə çatıb.
Bu, Tula təmsilçisinin Avropa kuboklarında debüt oyunu olub. “Neftçi”TV tarixi səfərlə bağlı maraqlı videoreportaj hazırlayıb.

