"NTV-plyus"un məşhur aparıcısı "Neftçi" haqda nə dedi?

29 İyul 2019 13:24 Avropa Liqası 1 057
"NTV-plyus"un məşhur aparıcısı "Neftçi" haqda nə dedi?

"Neftçi"nin oyunu çox xoşuma gəldi.

Səfərdə oynamaqlarına baxmayaraq, çox səliqəli, rahat və əzmkar mübarizə apardılar" -

Bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiyanın məşhur "NTV-plyus" telekanalının aparıcısı Elvin Kərimov deyib.

Azərbaycanı dünyanın ən böyük ölkəsində layiqincə təmsil edən həmyerlimiz Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində Tulada baş tutan "Arsenal" - "Neftçi" duelindən (0:1) sonra fikirlərini saytımızın Rusiyaya ezam olunmuş əməkdaşıyla bölüşüb:

"Bu oyunu şərh etmək mənim üçün çox xoş idi. Rusiyada yaşasam da, Azərbaycan mənim vətənimdi.

Klublarımızın oyunlarını izləyirəm, yaxşı nəticələrə görə sevinirəm. "Neftçi" Tulada layiqli qələbə qazandı.

İnşallah, uğurlu çıxışı davam etdirərlər. Bakıya gəlib cavab görüşünü də canlı izləyəcəm".

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı