“Neftçi”nin rəqibi doğma meydanda 3 qola üzüldü

28 İyul 2019 20:51 Avropa Liqası 565
“Neftçi”nin rəqibi doğma meydanda 3 qola üzüldü

Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Arsenal” da növbəti matçına çıxıb.

Tula təmsilçisi doğma meydanda “Rostov”la qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma “Neftçi”nin rəqibinin məğlubiyyəti ilə başa çatıb – 2:3.

Tulalıların heyətində Yevgeni Lutsenko ilə Qoran Çauşiç fərqlənib. “Arsenal” 3 turdan sonra 4 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.


“Neftçi” “Arsenal”a səfərdə 1:0 qalib gəlib. Cavab qarşılaşması avqustun 1-də Bakıda baş tutacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti