“Arsenal” - “Neftçi” matçının ən yaxşısı serbiyali oldu

28 İyul 2019 14:00 Avropa Liqası 652
“Arsenal” - “Neftçi” matçının ən yaxşısı serbiyali oldu

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Arsenal” (Tula) klubuna qarşı keçirdiyi ilk oyunun ən yaxşı futbolçusu məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Voyislav Stankoviç olub.

“Arsenal” – “Neftçi” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:

Oyunun ən yaxşı indeksə malik futbolçusu: Voyislav Stankoviç – 292

Çərçivəyə ən çox zərbə vuran: Dario Frederiko, Namiq Ələsgərov – 1

Ən çox dəqiq ötürmə verən: Voyislav Stankoviç, Anton Krivotsyuk – 29

İkili mübarizədən ən çox qalib ayrılan: Soni Mustivar – 16

Ən çox cərimə qazandıran: Soni Mustivar – 3

Qapıçının seyvi: 4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti