Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Arsenal”ı məğlub edən (0:1) “Neftçi”, sən demə, tək yerli publikanın qanını qaraltmayıb.
“Flaqman” eyni zamanda stadionda olan xain düşmən – Ermənistan nümayəndə heyətini əməllicə məyus edib.
Sportinfo.az saytının əldə etdiyi məlumata görə, Tulanın mərkəzi stadionunda baş tutan “Arsenal – “Neftçi” duelini izləyənlər arasında Ermənistanın Rusiyadakı Diaspora üzvləri – Moskvadan gəlmiş, eləcə də Tulada yaşayan və yerli klubun fanatı olan erməni siyasətçilər oyunu 90 dəqiqə VİP lojadan izləyiblər.
Görüşü sona qədər xüsusi lojadan izləyən 8-9 diaspora üzvü sonda arenanı çox məyus halda tərk edib. İlk hissənin tamamına saniyə qalmış qurulan gözəl hücumu qolla tamamlayan “Neftçi” bununla da “Arsenal”a azarkeşlik edən erməni rəsmiləri kor-peşman geri yola salıb.
Elvin

