Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la səfər oyunundaməcburi əvəzlənən “Neftçi”nin futbolçusu Dario Federikonun zədəsi ciddi deyil.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Rusiya klubu ilə cavab oyununda meydana çıxmağa hazırdır.
"Neftçi"nin qələbə qolunun müəllifi matçın 73-cü dəqiqəsində zədələnərək Namiq Ələsgərovla əvəzlənmişdi.
Komandalar arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.

