Nüsrət Kəsmənli necə deyirdi?
- Nəyimi sevmişdin deyə bilmədin,
İndisə min eyib tapırsan məndə.
Həə, futbol da təxminən belə bir şeydi.
Uğursuzluq olanda, komanda məğlubiyyətə uğrayanda o qədər eyib sayırıq ki. Filan şey filan olsa, fəsmən şey o tərəfdə dursa və s.
Amma qələbə qazananda da gərək bilək ki, nəyi, necə ediblər.
Oyundan qabaq düşünürdüm ki, Mustivar da sağalıb, görəsən Bordin mərkəzdə ona şans verəcək, ya son günlərin formada olan oyunçusu Kane ilə davam edəcək?
İtaliyalı isə maraqlı gediş edərək digər formada olan futbolçu Platellası "kəsdi", əvəzində isə Kane ilə Mustivarı birlikdə oynadaraq mərkəzdə say (həm də keyfiyyət) üstünlüyü ilə rəqibi öz meydanına sıxışdırdı.
Yaxşı gediş idi və bəhrəsini də gördü(k).
Ümumilikdə isə komandanın dünənki çıxışını yaxşı qiymətləndirmək lazımdı.
Qol epizodunda əks-hücuma çıxış çox gözəl idi, öz qapısı ağzında topu qazanan "Neftçi" bir göz qırpımında 3 nəfərlə rəqibin cərimə meydançasında peyda oldu.
Monroz və Darionun anlaşması da göz oxşayır, düşünürəm ki, Dabo bu heyətə girmək üçün məşqlərdə hələ çox tər tökməli olacaq.
Qələbə həmişə gözəldi, amma bu qələbə heç vaxt qalib gələ bilmədiyimiz rus klubları üzərində qazanılırsa, daha da dəyərli olur.
Bravo! Alqışlar!
Ümid edirəm ki, ev oyununda da lazımi nəticəni qazanıb turu keçən "Neftçi" olacaq.
Zaur Xudiyev

