O, Azərbaycan klubunu udmağın yollarını göstərdi - FOTO

27 İyul 2019 12:24 Avropa Liqası 766
O, Azərbaycan klubunu udmağın yollarını göstərdi - FOTO

"Arsenal" sıx qrafikdən uğurla çıxmalıdı".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın keçmiş baş məşqçisi Sergey Kiryakov deyib.

Rusiya millisinin sabiq hücumçusu yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Arsenal" - "Neftçi" oyunu barədə fikirlərini bölüşüb.

49 yaşlı mütəxəssis Tula klubunun geridönüş edəcəyinə inanır: "Hər iki cəbhədə mübarizə aparmağa komandanın gücü çatmalıdı.

Məşqçilər korpusunun əsas işi isə komandanı düzgün bərpa etməkdi. Ümid edirəm ki, bütün bunlar onlarda alınacaq və uğur qazanacaqlar.

Bunları bacarsalar, həm çempionatda, həm də avrokuboklarda uğurlu nərticələr əldə edəcəklər".

"Neftçi" ilk görüşdə səfər qələbəsinə (1:0) sevinib. Komandalar arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti