"Neftçi"nin kapitanı "ev"in sirrini ruslardan gizlətmədi

27 İyul 2019 18:12 Avropa Liqası 845
"Neftçi"nin kapitanı "ev"in sirrini ruslardan gizlətmədi

"Rəqibi əks-hücumlarda yaxaladıq.

Qol epizodunda cinahdan sürətli hücum qurduq və hesabı açdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu "Arsenal"a qarşı səfərdə keçirən "ağ-qaralar" 1:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra "Matç Premier" kanalına açıqlama verən Mahmudov cavab oyununun fərqli olacağını bildirib:

"Baş məşqçi oyundan əvvəl demişdi ki, özümüzə güvənməliyik, qalib gələ bilərik. İndi cavab görüşünə hazırlaşacağıq.

Orda daha çox hücum edəcəyik. Çünki evdə həmişə fərqli oyun göstəririk".

Yarımmüdafiəçi zədədən əziyyət çəkdiyi üçün komandadan ayrı qalan hücumçu Baqali Dabonun yoxluğuna da toxunub:

"Dabo bizim ən yaxşı bombardirimizdi, hücum sürəti var. Ancaq onun yoxluğunda Raif Əliyev bizə çox kömək etdi".

"Neftçi" ilə "Arsenal" arasında cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti