"Hər şey düzəldilmiş, hazırlıq görülmüşdü.
Uzun müddət idi ki, bu oyunu gözləyirdik".
Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın yarımmüdafiəçisi Daniil Lesovoy deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə "Neftçi"ni qəbul edən Tula təmsilçisi 0:1 hesablı məğlubiyyətlə barışıb.
Ancaq hücumameyilli oyunçu ümidini itirmir. 21 yaşlı Lesovoy bir qolla vəziyyəti düzəldəcəklərinə inanır:
"Avropa Liqasındakı oyun həm Tula şəhəri, həm də komanda üçün bayram idi. Matçın ertəsi günü baş məşqçi ilə görüşüb, söhbət edəcəyik.
Hələ cavab görüşü var, səhvləri düzəltməliyik. Növbəti mərhələ şansımız hələ də qalır. Bakıda bir qol vururuq və hər şey dəyişir".
Bu komandalar arasında cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

