"Bir-birilərini başa düşmürdülər" - hücum xəttindən narazıdı

27 İyul 2019 08:36 Avropa Liqası 573
"Bir-birilərini başa düşmürdülər" - hücum xəttindən narazıdı

"Uşaqlar fərqli mövqelərdə oynayırlar, onlara baxılır.

Həmçinin iki yeni hücumçu gəlib".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın qapıçısı Mixail Levaşov deyib.

28 yaşlı qolkiper yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyunu dəyərləndirib.

Levaşov az adamla hücuma çıxmalarından narazılıq bildirib: "Komandada laqeydlik yox idi, məşqə də, oyuna da eyni həyəcanla çıxmışdıq.

Ancaq ümumilikdə hücumda futbolçular bir-birilərini başa düşmürdülər. Fikrimcə, daha 1-2 oyunçunun hücuma çıxması bizə mane olmaz".

"Neftçi" Dario Frederikonun yeganə qolu ilə səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti