"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" heyətini gücləndirib.
Sportinfo.az xəbər verir ki, Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Lomovitski cari mövsümü Tula təmsilçisində keçirəcək.
Belə ki, "Arsenal" onu birillik icarəyə götürüb. Tulalılar futbolçunu birdəfəlik transfer etmək hüququna malik deyillər.
Əgər "Arsenal" Avropa Liqasında mərhələ adlamağı bacarsa, III raundda 21 yaşlı oyunçunu sifariş edə biləcək.
"Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması avqustun 1-də Bakıda baş tutacaq.

