Ən vacibi Bordin qorxmadı

26 İyul 2019 20:36 Avropa Liqası 1 090
Ən vacibi Bordin qorxmadı

Dünən Tulada oynayan "Neftçi"yə bravo!

Roberto Bordinin bu qədər səhvsiz, ideala yaxın oynatdığı futbolu ilk dəfə gördüm.

Bəlkə də rəhmətlik Böyükağa Hacıyevdən sonra "Neftçi" ən yaxşı oyununu oynadı. Çünki komanda qorxmadı, ən vacibi Bordin qorxmadı.

Komanda özünə o qədər əmin idi ki, sanki 5,5 saat gecikmə ilə Tulaya çatan elə meydan sahibləri "Arsenal" imiş.

Səfərdə oynayasan və rəqibi öz cərimə meydançasından rahat çıxmağa imkan verməyəsən, həm də 90 dəq.

İlk oyuna görə, "Neftçi"ni artıq növbəti mərhələdə görə bilərik. Bircə rəqibin standart vəziyyətlərinə xüsusi hazırlaşmaq lazımdı vəssalam.

Hər bir halda cavab görüşünə ehtiyatı əldən verməmək və ciddi hazırlaşmaq lazımdı

"Qəbələ" üçün isə yaxşı xalalar lazımdı, qabağına qoyub gecə-gündüz ağlasın. Komanda güya gəncləşdirmə siyasətinə keçib.

Yerli futbolçularla oynayan "Dinamo" kimi olar. Meydana buraxdıqları 11 futbolçudan cəmi 3-ü əcnəbi idi.

Aralarında hətta 98-99 doğumlu olanlar da vardı.

İllər sonra gəncləşdirmə siyasətinə keçid edən "Qəbələ" isə meydana 5 əcnəbi futbolçu ilə çıxmışdı. Digər 6 yerlidən ikisi bu gün-sabah 35 yaşa qədəm qoyacaq.

Buna gəncləşdirmə demək nə dərəcədə doğrudu? Kim kimi aldadır axı? Bizlər bu prosesləri "Bakı"da, "Xəzər"də görmüş adamlarıq.

Heyif səndən "Qəbələ"! Deyəsən, yol çox yaxındadı axı…

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti