Sportinfo.az xəbər verir ki, tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyununu (0:1) şərh edib.
O qeyd edib ki, Bakı təmsilçisi bu oyuna diqqətlə hazırlaşıb:
“Biz bilirik ki, “Neftçi”nin məşqçisi italiyalıdı. O, oyunu müdafiədən yaxşı qurmağı bacarır.
Mənə məlumdu ki, “Neftçi”nin məşqçilər heyəti “Arsenal”ın oyunlarına baxıb. Onlar matça layiqincə hazır idilər.
“Neftçi” oyunu elə qurdu ki, “Arsenal”a güclü tərəflərini göstərməyə imkan vermədi. Hesab etmirəm ki, “Neftçi” daha güclü döyüşçüdü.
Sadəcə, onlar avrokuboklara tez-tez iştirak ediblər. Məsələ burasındadır ki, bizim çempionat Azərbaycan çempionatından xeyli güclüdür.
Bu başqa məsələdi ki, Tula təmsilçisi bir neçə hücuma meylli futbolçusunu itirmişdi. Yəqin ki, bu, onların oyununa təsir etdi.
Bütün hallarda hesab edirəm ki, “Neftçi” bu qarşılaşmaya əla səviyyədə hazır idi”.

