“Zenit”in sabiq yarımmüdafiəçisi Andrey Arşavin Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Arsenal” – “Neftçi” oyununa (0:1) münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Arşavin nəticənin ədalətli olduğunu deyib:
“Nəticə tamamilə qanunauyğundu. “Neftçi” oyunu daha yaxşı keçirdi, “Arsenal”da alınmadı”.
Ötənlərin məşhur ulduzu “Neftçi”nin Rusiya çempionatında hansı yeri tuta biləcəyi barədə də «Matç»TV-yə proqnoz verib.
Bildirib ki, "Neftçi" Rusiya Premyer Liqasında 6-16-cı yerlərdən birinə ümid edə bilər: “Arsenal”ın nəyə qadir olduğunu daha sonra biləcəyik.
Ancaq indi “Neftçi”ni keçmək lazımdı. Azərbaycanlılar daha yaxşı hücum etdilər. Harda olmaq lazım idisə, orda da oldular.
Harda vurmaq lazım idisə, vurur, harda ötürmə lazım idisə, ötürürdülər. Kanqva oynasaydı, daha yaxşı olardı.
Özüm də vaxtilə Azərbaycan yığmasına qarşı oynamışam. Yaddaşımda onların sərt oynadıqları qalıb”.

