“Qəbələ” 2019/20 mövsümünə start verib.
Yeni mövsümdə ilk oyununu keçirən “qırmızı-qaralar” Avropa Liqasına mübarizəyə başlayıb.
Yarışa II təsnifat mərhələsindən start verən komandamız Gürcüstanın ən titullu klubu “Dinamo” ilə üz-üzə gəlib.
Tbilisi klubunu Qəbələ şəhər stadionunda qəbul edən Sənan Qurbanovun yetirmələri mərhələ adlamaq üçün münasib nəticə əldə etməyə çalışıblar.
Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən daha fəal təsir bağışlayan “Qəbələ” ardıcıl bir neçə təhlükəli vəziyyət yaradıb.
Birinci hissədə Klesio Baukun fəallığı qapı istiqamətindəki zərbələri ilə nəticələnib. Lakin bir neçə dəfə qapını nişan alan legioner hesabı aça bilməyib.
Yusif Nəbiyevin hava ötürməsini başla tamamlayan İvitsa Juniç də çərçivəyə düşə bilməyib. Səfərdə müdafiə olunmaq istəməyən qonaqların da həmlələri təhlükəli alınıb.
Levan Kutalyanın ilk cəhdindən Anar Nəzirov yaxın məsafədən zərbəni dəf edə bilib. Bir neçə dəqiqə sonra isə gürcüstanlı hesabı açmağa müvəffəq olub.
Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. Hər iki komandanın hücumları ilə keçən matçda qapıçıların inamlı oyunu diqqət çəkib.
Nəzirov “qırmızı-qaralar”ı bir neçə dəfə qoldan xilas edə bilib. Ülvi İsgəndərovla Davit Volkovun rəqib qapısına göndərdiyi zərbələr də yaddaqalan, lakin qeyri-dəqiq olub.
Matçın sonlarında fəallığı artıran qonaqlar hakimin final fitinə üç dəqiqə qalmış ikinci qolu vurublar. Arpanq Daffe 87-ci dəqiqədə Anarın qoruduğu qapıya yol tapıb.
Cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək.
Sizi “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Həşimovun fikirləri ilə tanış edirik: “Yaxşı, mobil komandaya qarşı oynadıq. A
naliz etmişdik və bilirdik ki, fiziki, atletik, həm də komanda şəklində hazırlıqlı komandadır. Bunu meydanda da göstərdilər ki, hazırda optimal formadadırlar.
Əbəs yerə Gürcüstan çempionatında lider deyil. Komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı,
Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Yaratdığımz bütün qol imkanları uzun ötürmələrdən sonra gerçəkləşdi.
Hücum planında rəqibin arxasına ötürmələrlə yaxşı nəticə qazanmaq fikrimiz var idi. Belə ötürmələr əksər hallarda alınırdı.
Amma son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu.
İlk avrokubok matçına çıxdığı üçün ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçudur və qarşıdakı bir ildə komandaya xeyir verəcək.
Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. “Dinamo” burda 2:0 hesabı ilə qələbə qazandı. Səfərə qalib gəlməyə gedəcəyik.
Komandamızda gənc futbolçular var, akademiyadan yeni oyunçular götürmüşük, legionerlər gec qoşulublar.
Deyə bilərəm ki, yeni mövsümdə çempionatda daha yaxşı səviyyəli, daha optimal “Qəbələ” görəcəyik”.
“Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) 0:2
Qəbələ şəhər stadionu
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Alan Malvanni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dunkan (hamısı Şotlandiya)
Hakim-inspektor: Quy Qoetals (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)
Sarı vərəqələr: Fernan Lopez, 5, Klesio Bauk, 6, Merab Qiqauri, 39, Rasim Ramaldanov, 45+2, Davit Volkov, 58, Kristian Kouakou, 90+1 // Nodar Kavtaradze, 45+2, Levan Şengeliya, 60, Levan Kutalya, 62, Georgi Papava, 68, Bakar Kardava, 74
Qollar: Levan Kutalya, 41, Arpanq Daffe, 87
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.
“Qəbələ”
1. Anar Nəzirov (k)
2. Amin Seydiyev
3. İvitsa Juniç
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
(11. Asif Məmmədov, 84)
9. Davit Volkov
(19. Rövlan Muradov, 61)
10. Klesio Bauk
14. Ülvi İsgəndərov
(13. Kristian Kouakou, 77)
21. Fernan Lopez
74. Yusif Nəbiyev
77. Merab Qiqauri
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
7. Roman Hüseynov
28. Murad Musayev
Baş məşqçi: Zaur Həşimov
“Dinamo”
1. Xose Perales
3. Viktor Monxil
5. Davit Kobouri
8. Georgi Kuxianidze
(6. Bakar Kardava, 65)
10. Levan Şengeliya (k)
(9. Kvame Karikari, 86)
15. Georgi Papava
16. Georgi Kimadze
19. Levan Kutalya
24. Nodar İaşvili
32. Nika Ninua
38. Nodar Kavtaradze
(14. Arpanq Daffe, 74)
Ehtiyat oyunçular:
12. Sergey Litovçenko
2. Quca Ruxaia
7. Georgi Zarya
11. Akaki Şulaya
Baş məşqçi: Feliks Visente Miranda

