"Neftçi"də yeni söz sahibi Alan Mario Sant olacaq - FOTO

26 İyul 2019 15:48 Avropa Liqası 876
"Neftçi"də yeni söz sahibi Alan Mario Sant olacaq - FOTO

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq. Rusiyadakı ilk oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti