"Səhvlərimizi düzəltməliyik"

26 İyul 2019 14:48 Avropa Liqası 498
"Səhvlərimizi düzəltməliyik"

"Rəqibin güclü və zəif tərəflərini analiz etmişdik, zəif tərəflərdən yaralanaraq, ən azı 2 qol vura bilərdik.

Oyunun əvvəllərində belə imkanlarımız oldu, öz hücumlarımız rəqibə nəzərən az da deyildi.

Fərqlənə bilsəydik, tam fərqli matça və hesaba şahidlik edərdik. İkinci hissədə də epizodlar yaratdıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Qismət Alıyev evdə "Dinamo"ya (Tbilisi) 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

23 yaşlı yarımmüdafiəçi Alıyev hələ oyunun bitmədiyini vurğulayıb: "Cavab oyununa yaxşı hazırlaşmalıyıq.

Rəqib Qəbələdə 2 top vurubsa, biz də Tbilisidə bu qədər fərqlənə bilərik.

Yəqin ki, məşqçilərimiz də güclü və zəif tərəfləri görüb. Harda səhvlərimiz varsa, onlar üzərində işləyib cavab matçından qələbə ilə dönmək istəyirik.

Hər halda yenə deyirəm: Biz də Gürcüstan paytaxtında 2 dəfə fərqlənə bilərik. Bunun üçün səhvlərimizi düzəltməliyik.

Yəqin ki, matçı analiz edəcəyik. Cavab görüşündə bugünkü səhvləri təkrarlamadan ələ düşən fürsətlərin hamısını qola çevirərək, mərhələni keçmək istəyirik".

Cavab görüşü avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti