Eks “Spartak”lıdan “Neftçi”yə tərif: "Bəxtimiz gətirməsəydi… "

26 İyul 2019 14:12 Avropa Liqası 837
Eks “Spartak”lıdan “Neftçi”yə tərif: "Bəxtimiz gətirməsəydi… "

“Spartak”ın sabiq futbolçusu Aleksandr Bubnov Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Arsenal” – “Neftçi” oyunu (0:1) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Bubnov “Neftçi”ni xeyli tərifləyib.

O, “ağ-qarlar”ın aşkar favorit olduğunu bildirib: “Arsenal”ın mərkəz xətdəki liderlərinin komandadan getməsindən sonra belə nəticə gözlənilən idi.

“Arsenal” kollektiv oyun göstərə bilmədi, hücumlar xaotik alınırdı, qapıya zərbə demək olar yox idi.

Hesabda önə çıxan “Neftçi” inamla oyuna nəzarət etdi. Qonaqlar təşkilatlanmış komanda təsiri bağışladılar. Yaxşı futbol nümayiş etdirdilər.

Onların heyətində texnikalı futbolçular var. Əgər qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, “Neftçi” Tuladan böyük hesablı qələbə ilə qayıdacaqdı.

Cavab qarşılaşması ərəfəsində “Neftçi” aşkar favoritdir. Növbəti mərhələyə adlamaq “Arsenal” üçün asan olmayacaq.

Ancaq situasiya ümidsiz də deyil. Əgər səfərdə erkən qol vurulsa və oyuna nəzarət etmək mümkün olsa, onda nəyəsə ümid etmək olar.

Tulanın tarixindəki ilk avrokubok oyununda “Arsenal”ın ön xəttinin liderlərinin gedişindən sonra gözlənilən baş verdi.

Komandanı texnikalı, təkbətək mübarizələrdə güclü olan Bakayev və Mirzov, həmçinin epizodları düzgün dəyərləndirən Corceviç tərk edib. Bunlara Kanqvanın zədələnməsi də əlavə olundu".

64 yaşlı mütəxəssis "Neftçi"nin daha yaxşı oynadığını və bunun da nəticəsində 1:0 hesablı qələbə qazandığını söyləyib:

"Arsenal" hücumda kompakt komanda kimi görünmədi, hücumlar xaotik alınır, nadir hallarda qapıya zərbə olurdu.

Fasilə ərəfəsində buraxılan qol isə üzücü alındı. Qonaqların əks-hücumu zamanı ev sahiblərinin müdafiəçiləri daha çox olurdu.

Ancaq onlar rəqibin hücumçularını dayandıra bilmədilər. “Neftçi” hesabda önə keçdikdən sonra oyuna inamla nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı.

Özünü itirməyən "Neftçi"nin heyətində bir sıra texnikalı futbolçular var. Qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi".

O, cavab matçında "Neftçi"nin favorit olacağını vurğulayıb: "Cavab görüşü öncəsi Azərbaycan komandası aşkar favorit görünür.

“Arsenal”ın növbəti mərhələyə keçməsi asan olmayacaq. Amma vəziyyət ümidsiz deyil.

Əgər səfərdə erkən qol vurub, əks-hücumlarda dəqiq oynayıb, standart vəziyyətlərdən istifadə edilsə, hər şey mümkündü. 0:1 sürüşkən hesabdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti