"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, rəqib Gürcüstanın "Dinamo"su olub.
Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Tbilisi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Matçdakı ilk qol birinci hissəyə təsadüf edib. Qonaqların heyətində Levan Katulya 41-ci dəqiqədə fərqlənib.
87-ci dəqiqədə isə Arfanq Daffe hesab arasındakı fərqi iki topa çatdırıb.
Komandalar arasındakı cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına Dinamo stadionunda olacaq.

