"Qələbə qazanmaq üçün çox yaxşı oynadıq.
Meydanda olanlar da, olmayanalar da birgə kollektiv olduqlarını göstərdilər".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
Oyun ərzində rəqibin bir neçə real qol şansını dəf edə 27 yaşlı qolkiper bildirib ki, cavab qarşılaşması daha çətin olacaq:
"Həyəcan yox idi. Yaxşı oynadıq və qələbəni haqq etdik. Bakıda bizi bundan da çətin oyun gözləyir.
Növbəti mərhələyə keçəcəyimizə inanıram. Burda 1:0 hesabı ilə qələbə qazansaq da, Bakıda şanslar 50/50-dir.
Azarkeşlər sağ olsunlar, burda da bizi tək qoymadılar. Evdə onların sayəsində meydanda 11 yox, 12 nəfər olacağıq".

