Əsgərovun komandası Avroliqada İsveç klubu ilə bacarmadı

26 İyul 2019 01:00 Avropa Liqası 741
Əsgərovun komandası Avroliqada İsveç klubu ilə bacarmadı

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviya “Liepaya”sı bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv İsveçdə “Norçöpinq” ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Vüqar bu görüşün iştirakçısı olmayıb. Starkov millimizin sabiq forvardını sonadək ehtiyatda saxlayıb.

Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Latviyada baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti