“Çox şey alınmadı, rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik”.
Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi İqor Çerevçenko "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar: "Neftçi" müdafiədə çox əla oynadı.
Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq.
"Neftçi" hər il avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik.
Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı.
Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq".

