Bu gün Avropa Liqasında II təsnifat mərhələsində ilk oyunlar keçirilir.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" də növbəti matçına çıxıb.
Bakılılar Rusiyada Tula "Arsenal"ının qonağı olub. Oyunda yeganə qol 45+1-ci dəqiqədə vurulub. Dario Federikonun vurduğu qol "Neftçi"yə 1:0 hesablı qələbə qazandırıb.
Komandaların cavab görüşü 1 həftə sonra Bakıda baş tutacaq.

