"Yaxşı şansı var və onlar böyük ehtimalla “Neftçi”ni keçəcək”

25 İyul 2019 20:24 Avropa Liqası 785
"Yaxşı şansı var və onlar böyük ehtimalla “Neftçi”ni keçəcək”

“Mənim “Neftçi”yə qarşı oyun təcrübəm var.

Ötən il “SKA-Xabarovsk”ı çalışdıranda həmin komandaya səkkiz qol vurmuş və cəmi birini buraxmışdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri tanınmış rus məşqçisi, “Rubin”in və “SKA-Xabarovsk”ın sabiq çalışdırıcısı Rinat Bilyaletdinov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyunu ərəfəsində “İzvestiya” qəzetinə söyləyib.

Bununla belə, o qeyd edib ki, yoxlama matçındakı həmin nəticəyə görə Bakı klubunun gücü barədə fikir yürüdülə bilməz:

“Bundan yarım ay sonra onlarla çempionat başladı. Güman ki, o vaxtdan komanda ciddi şəkildə dəyişdi.

Hesab edirəm ki, “Arsenal”ın yaxşı şansı var və onlar böyük ehtimalla “Neftçi”ni keçəcəklər”.

“Arsenal” – “Neftçi” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti