"Bildiyim qədərilə "Neftçi"nin yaxşı sərmayəçiləri var.
Onlar qarşılarına yüksək hədəflər qoyublar və artıq beynəlxalq arenada təcrübələri var".
Sportinfo.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev bu gün Tula "Arsenal"ının "Neftçi" ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl "İzvestiya"ya açıqlamasında deyib.
78 yaşlı mütəxəssis matçın "topçular" üçün asan keçməyəcəyini bildirib: "Ötən mövsümü əbəs yerə belə parlaq keçirməyən "Arsenal"ın özünü avrokuboklarda da göstərəcəyinə ümid edək.
İlk oyun evdə olacaq və futbolun qanunlarına görə, qalib gəlmək lazımdı. Ümumilikdə Rusiya futbolu Azərbaycanınkından güclüdü. Amma burda ayrı-ayrı komandalar oynayırlar".
Bu gün Tuladakı "Arsenal" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da olacaq. Cütün qalibi növbəti mərhələdə İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.
Boris İqnatyev Rusiyanın əsas millisinə 1992 - 1996-cı illərdə rəhbərlik edib.

