“Arsenal” və “Neftçi” bu formalarda oynayacaq

25 İyul 2019 18:48 Avropa Liqası 511
“Arsenal” və “Neftçi” bu formalarda oynayacaq

“Arsenal” bu gün “Neftçi”yə qarşı keçiriləcək Avropa Liqasının ikinci mərhələsinin oyunu ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, Tula təmsilçinin rəsmi Tvitter hesabında bildirilib ki, onlar bugünkü görüşdə qırmızı, rəqibləri “Neftçi” isə ağ-qara formada çıxış edəcək.

“Arsenal” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

"Neftçi”nin kapitanı Emin Mahmudov oyuna ciddi hazırlaşdıqlarını deyib: "Bizi çətin oyun gözləyir.

Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.

27 yaşlı yarımmüdafiəçi "Neftçi" və "Arsenal"ın legionerlərində böyük fərq olmadığını deyib:

"Məncə, bizdəki əcnəbilərlə "Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdu. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər.

Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq.

Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacam.

Çoxdandı əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti