Ümidli Bordin, "hər şey bizə bağlıdı", Tulada "11-lik"lər və... "Neftçi"dən son FOTOLAR

25 İyul 2019 18:00 Avropa Liqası 750
Ümidli Bordin, "hər şey bizə bağlıdı", Tulada "11-lik"lər və... "Neftçi"dən son FOTOLAR

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tulada "Arsenal"ın qonağı olacaq.

Sportinfo.az komandaların ehtimal 11-liklərini təqdim edir:

"Arsenal": Mixail Levaşov - Viktor Alvares, Maksim Belyaev, Qia Qriqalava, Kirill Kombarov - Qoran Çauşiç, Sergey Tkaçov, İqor Qorbatenko - Lesovoy Daniil, Aleksandru Tudorie, Yevgeni Lutsenko.

"Neftçi": Səlahət Ağayev - Ömər Buludov, Kiril Petrov, Voislav Stankoviç, Anton Krivotsyuk - Soni Mustivar, Emin Mahmudov, Vangelis Platellas - Stvien-Jozef Monroz, Rauf Əliyev, Dario Frederiko.

"Arsenal"ın baş məşqçisi İqor Çerevçenko "Neftçi"nin yaxşı komanda olduğunu deyib:

"Neftçi" yaxşı komandadır Onlar Moldova klubuna iki oyuna 9 qol vurub və nəzərə alaq ki, indi hər kəs futbol oynaya bilir.

Cavab matçında 6 qol vurmaları yaxşı göstəricidi. "Neftçi"nin çoxlu legioneri var. Güclü komandadır, hər il avrokuboklarda mübarizə aparırlar. Buna görə də asan olmayacaq".

44 yaşlı tacikistanlı çalışdırıcı "Arsenal"ın Avropa Liqasındakı hədəfi barədə danışıb: "Avropa Liqasında debüt etməyimiz Tula futbolu üçün əlamətdardı.

Azarkeşlər bu anı bütün həyatları boyunca gözləyir. Ancaq qrupa düşmək üçün hələ çox yol var.

Bir hədəfimiz var - Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Bunu reallaşdırmaq çox çətindir, ancaq hər şey bizə bağlıdı".

“Neftçi” oyunöncəsi son məşqə çıxıb. “Arsenal” mərkəzi stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

“Arsenal” – “Neftçi” matçı “Arsenal” mərkəzi stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüş “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin "Ciddi rəqiblə qarşılaşacağıq. "Arsenal”ın Rusiya çempionatındakı son iki matçını izləmişik.

Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var. Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər.

Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq sabahkı oyuna hazır olacağıq.

Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı.Əvvəl də dediyim kimi, "Arsenal” güclü komandadır və hazırda çox yaxşı formadadı.

Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, şanslarımızdan istifadə etməyə çalışacağıq.

Təbii ki, çətin olacaq. Həm də "Arsenal”ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm.

Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaqla və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik.

Bəli, meydan amili rəqibin üstünlüyüdü, amma sonra eyni üstünlük bizdə də olacaq. "Neftçi” tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir.

Düşünmürəm ki, yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti