Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Arsenal" ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubu hücumçu Evans Kanqvanın xidmətindən məhrum qalıb.
Məşq zamanı ayağından xəsarət alan Zambiya millisinin üzvünün durumu ürəkaçan deyil. Bu üzdən 27 yaşlı futbolçunun "Neftçi" ilə ilk oyunu buraxacağı dəqiqdi.
Klub müayinədən keçmək üçün Kanqvanı Almaniyaya göndərib. Bu gün keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

