"Neftçi"nin siması "Arsenal"da necə qarşılandı? - FOTOLAR

25 İyul 2019 15:48 Avropa Liqası 947
"Neftçi"nin siması "Arsenal"da necə qarşılandı? - FOTOLAR

Avropa Liqasının Tulada keçiriləcək «Arsenal»-«Neftçi» oyununa yollanan veteran futbolçu Vladislav Qədirov üçün ikiqat özəl gündü.

Düz 32 il bundan əvvəl, 1987-ci ilin 25 iyulunda Kanadanın Toronto şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının finalında qalib gələn SSRİ yığmasının heyətində tanınmış həmyerlimiz də vardı.

Dünya çempionu olmasının 32 illiyində Qədirova ən yaxşı hədiyyə, yəqin ki, futbolçu karyerasının ən yaxşı dövrlərini yaşadığı şəhərlərdən birində iki keçmiş komandasının avrokubok qarşılaşmasını canlı izləməkdi.

Onun bu xəyalını gerçəkləşdirən Sportinfo.az veteran futbolçunun bütün xərclərini qarşılayaraq, qonşu ölkəyə - Tulaya səfərini təşkil edib.

Vladislav Qədirov bu gün «Arsenal»ın qonağı olub. Tula klubunun nümayəndələri Qədirovu isti qarşılayıb.

Vladislav Qədirovu qəbul edən klubun baş direktoru Dmitri Balaşov onu görməyə şad olduqlarını bildirib, axşam keçiriləcək oyunda fəxri qonaqlar arasında izləməyə dəvət edib.

Daha sonra Vladislav Qədirov köhnə tanışları - «Arsenal»ın veteranlar təşkilatının prezidenti Yevgeni Bulin və komandanın administratoru Denis Rubtsovla görüşüb.

Kitabının müəllifi, «Arsenal»ın mətbuat katibi Yevgeni Ovsyannikov «Arsenal»ın tarixi haqda yazdığı kitabı veteran futbolçuya hədiyyə edib və ona ürək sözlərini çatdırıb.

Bu axşam keçiriləcək oyunun proqramında da Vladislav Qədirovdan bəhs olunur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti