Sportinfo.az xəbər verir ki, 1960-cı ildə "Neftçi"nin əvəzedici komandasında oynayan Ravil İbadulin Xaliloviç (1938-ci il doğumlu) komandanın Tula şəhərində məskunlaşdığı otelə gələrək, veteran futbolçu İsgəndər Cavadov, klubun prezidenti Kamran Quliyev və məşqçi heyəti ilə görüşüb.
Səlis azərbaycanca danışığı ilə də diqqət çəkən İbadulin "Neftçi" ilə bağlı xatirələrini bölüşüb, komandaya uğurlar arzulayıb.

