"Qəhrəmanlar döyüşə hazırdı": "Arsenal" üstün görünsə də... FOTOLAR

25 İyul 2019 14:00 Avropa Liqası 686
"Qəhrəmanlar döyüşə hazırdı": "Arsenal" üstün görünsə də... FOTOLAR

Tula şəhəri qarşılaşmanın başlayacağı məqamı səbrsizliklə gözləyir.

Nə qədər olmasa da, "Qəhrəman şəhər" tarixində ilk dəfədi Avropa Liqasına vəsiqə qazanır.

Ümumilikdə avrokuboklarda debüt edən "Arsenal" "Neftçi" qarşısına bəzi üstünlüklərlər çıxacaq.

Meydan sahibi olduqlarını, matça ajiotajın xeyli yüksəlməsi, biletlərin hamısının satılması və xüsusən Tulaya məxsus narın yağışın davamlı yağması və "Neftçi"nin məluç gecikmə səbəbi rusları hardasa favorit göstərməyə əsas verir.

Lakin şəhərin özündə oyuna hədsiz hazırlıq, maraq hiss olunmur. Amma Tulanın da kiçik bir şəhər olmadığını unutmayaq. Ümumilikdə duelin kifayət qədər maraqlı keçəcəyini proqnozlaşdıra bilərik.

"Arsenal" - "Neftçi" görüşü Bakı vaxtilə bu gün saat 21:00da Tula mərkəzi stadionunda başlayacaq.

Elvin ƏHƏD, Tula şəhəri

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti