Nazim Süleymanova Moskvadan dəvət gəlib.
"Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanov "Matç TV”-nin dəvəti əsasında Moskvaya yollanıb.
Süleymanov "Matç TV”-nin eksperti qismində "Arsenal” – "Neftçi” oyununu şərh edəcək. Onun iştirakı ilə olacaq müzakirələr oyundan öncə, fasilədə və oyundan sonra davam edəcək.
"Arsenal” – "Neftçi” qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

