"Qəbələ"nin baş məşqçisi futbol oynadı - FOTOREPORTAJ

25 İyul 2019 11:48 Avropa Liqası 655
"Qəbələ"nin baş məşqçisi futbol oynadı - FOTOREPORTAJ

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində bu gün Gürcüstandan "Dinamo"nu qəbul edəcək "Qəbələ" oyun öncəsi son məşqinə çıxıb.

Məşqdən şəkilləri təqdim edirik (fotolar "Qəbələ"nin rəsmi saytına məxsusdu).

Sizi “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun fikirləri ilə tanış edirik:

“Avropa Liqasında ilk oyunumuza çıxacağıq. “Dinamo” çox ciddi bir rəqibdi. Məsuliyyəti dərk edirik. S

Evdə keçiriləcək ilk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq. Baxmayaraq ki, həm rəqib ciddi komandadır, həm də onlarda çempionat davam edir.

Biz hazırlıq prosesini yeni başa vurmuşuqsa, rəqib çempionatda mübarizə apardığı üçün daha hazırlıqlı görünür.

İki mərhələdə keçən hazırlıqda bacardığımız qədər futbolçuların bu dövr üçün yaxşı forma yığmasına çalışdıq. Meydana çıxacaq futbolçulara inanırıq.

Onlar yoxlama oyunlarında istəkli olmaları ilə bizə ümid verdilər. Oyunçularımız bütün bunları sabah meydanda nümayiş etdirməlidirlər”.

Qurbanov Tbilisi təmsilçisinin son oyunları və heyəti barədə də fikirlərini bildirib: “Rəqibin son oyunlarını izləmişik.

“Dinamo” ardıcıl qələbələr qazanıb və yaxşı təsir bağışlayıb. Onların oyununu analiz etmişik. Həm müdafiə, həm hücumda səhvsiz oynamalıyıq ki, rəqib istədiyini meydanda nümayiş etdirə bilməsin.

Bütünlükdə götürsək, rəqib sürətli komandadır. Hər bir oyunçusu yaxşı keyfiyyətlərə malikdir. Onlar arasında daha çox Levan Şengeliyanı qeyd edərdim”.

Mütəxəssis “Qəbələ”də çıxış edən gürcüstanlı futbolçulara da toxunub: “Davit Volkov və Merab Qiqauri inandığımız oyunçulardı. Komandamızın əsas futbolçularındandı.

Merab komandaya yeni qoşulsa da, adaptasiya dövrünü tez arxada qoyub. Volkov isə bu ilin əvvəlindən komandamızın heyətindədi.

O, bizimlə titul qazanıb, həm kubok, həm çempionatda da komandaya köməyi dəyib və yaxşı təsir bağışlayıb”.

















































Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti