"Neftçi"ni görməzdən gəldi: “Hədəfimiz qrup mərhələsidi”

25 İyul 2019 10:00 Avropa Liqası 730
"Neftçi"ni görməzdən gəldi: “Hədəfimiz qrup mərhələsidi”

“Arsenal”ın (Tula) baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan təmsilçisi ilə oyunun çətin olacağını bildirib:

“Futbolçular sabah kimin start heyətində meydana çıxacağını bilmir. Mənim isə ilk 11-liklə bağlı müəyyən fikirlərm var.

“Neftçi" yaxşı komandadı. Əvvəlki mərhələdə Moldova "Speranta"sına 6 qol vurublar. Hər il avrokuboklarda mübarizə aparırlar.

Artıq hamı futbol oynamağı bacarır. Bizim üçün "Neftçi" ilə oynamaq xüsusi hadisədi.

Ancaq Avropa Liqasının qrupuna düşmək üçün çox çalışmaq lazımdı. Bu, bizim hədəfimizdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti